Alyaska ştatında zəlzələ oldu


  • 17:53 / 28 02 2021 |
  • Bölmə: Dünya


ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

"Rupor" xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə ölkənin Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Adak yaşayış məntəqəsindən 176 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.




Oxşar xəbərlər