Ərdoğanla Makron danışıqlar aparacaq


  • 09:46 / 02 03 2021 |
  • Bölmə: Dünya


Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.

“Rupor” xəbər verir ki, bu barədə “Frace-Presse” agentliyi Makron administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, bu, iki liderin son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.  

Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılacağını dəqiqləşdirmir, lakin iki lider arasında olan çoxsaylı fikir ayrılığı və qiyabi polemika barədə xatırladır.




Oxşar xəbərlər