Gürcüstan rəsmiləri Çavuşoğlu ilə görüşəcəklər


  • 13:26 / 03 03 2021 |
  • Bölmə: Dünya


Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani bu gün Türkiyəyə rəsmi səfər edir.

"Rupor" xəbər verir ki, səfər çərçivəsində Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirəcək və bundan sonra iki ölkənin XİN rəhbərlərinin ortaq mətbuat konfransı baş tutacaq.

Zalkalianinin, həmçinin Türkiyənin vitse-prezidenti Fuad Oqtay ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, Gürcüstan və Türkiyə arasında diplomatik münasibətlər 21 may 1992-ci ildə qurulub. İki ölkə ticarət, iqtisadiyyat, enerji, regional təhlükəsizlik, təhsil sahələrində əməkdaşlıq edir və bir-birilərini strateji əhəmiyyətli tərəfdaş hesab edirlər.

Türkiyə Gürcüstanın ən böyük ticarət ortağıdır. 2020-ci ildə qonşu ölkə ilə xarici ticarət dövriyyəsi təxminən 1,6 milyard dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 14,1% -ni təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 12,2% azalıb.




Oxşar xəbərlər