45 milyon dollarlıq narkotik dövriyyədən çıxarıldı


  • 14:56 / 03 03 2021 |
  • Bölmə: Dünya


Ermənistanın paytaxtı İrəvan şəhərində İrandan gətirilən külli miqdarda narkotik vasitə ələ keçirilib.

"Rupor" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Dövlət Komitəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsinin əməkdaşları ümumi çəkisi 365 kiloqram olan heroini dövriyyədən çıxarıblar.

Bildirilib ki, narkotik vasitə 33 qutuda qablaşdırılmaqla maya adı altında İrandan Ermənistana keçirilib. Ümumi dəyəri 45 milyon dollar olan narkotik vasitənin Avropaya daşınması planlaşdırılıb.

Dövlət Komitəsindən onu da bildiriblər ki, ümumilikdə regionda indiyə qədər bu miqdarda narkotik vasitə qaçaqmalçılığı qeydə alınmayıb.
Faktla bağlı müvafiq maddə üzrə cinayət işi başladılıb, müxtəlif ölkələrin vətəndaşı olan 16 nəfər həbs olunub. 



Oxşar xəbərlər