Qırğızıstanda seçkidir


  • 10:01 / 11 04 2021 |
  • Bölmə: Dünya

Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilir.

Bu barədə "Rupor" TASS-a istinadən xəbər verir.

Saat 10:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumata əsasən, seçici fəallığı müvafiq olaraq 5,19% və 5,04% təşkil edib.

Referendumda artıq 181 801 seçici, yerli seçkilərdə isə 172 139 seçici səs verib.

Referendumda seçicilərin 30%-dən çoxu iştirak edəcəyi təqdirdə o, baş tutmuş hesab olacaq. Qırğızıstan Prezidenti Sadır Japarov artıq səs verib.




Oxşar xəbərlər