Ərdoğan NATO-nun Baş katibi ilə telefonla danışdı


  • 18:43 / 16 04 2021 |
  • Bölmə: Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun CNN Türk-ə istinadən verdiyi xəbərə görə, tərəflər Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər.

Ərdoğan və Stoltenberq Əfqanıstan, Liviya, Şərqi Aralıq dənizi və digər regional məsələlər barəsində də fikir mübadiləsi aparıblar.



Oxşar xəbərlər