Türk ölkəsində qırıcı qəzaya uğradı - Qazaxıstanda


  • 23:20 / 16 04 2021 |
  • Bölmə: Dünya


Qazaxıstanda Su-30SM qırıcısı Balxaş şəhərində yerləşən təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

"Rupor"  xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Təlim uçuşları zamanı çoxfunksiyalı Su-30SM qırıcısı Balxaş şəhərinin aviasiya təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb. Təyyarənin heyəti katapul edib, onlar sağdırlar və həkimlərin nəzarəti altındadırlar".

Qeyd edilir ki, hadisə yerinə qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya cəlb edilib.




Oxşar xəbərlər