Gürcüstanda tətil elan edildi


  • 09:15 / 04 05 2021 |
  • Bölmə: Dünya


Bu gündən Gürcüstanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə ölkə miqyasında tətil elan edilib. 

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinaisya Şurası tərəfindən qəbul edilib. 

Qərara əsasən, tətil mayın 11-dək davam edəcək. Hökumət bu müddət ərzində dövlət və özəl müəssisələrə distant qaydada fəaliyyət göstərməyi tövsiyə edib.




Oxşar xəbərlər