İsveçrəli diplomat binadan yıxılaraq öldü


  • 14:08 / 04 05 2021 |
  • Bölmə: Dünya


İsveçrənin Tehrandakı səfirliyinin qadın əməkdaşı hündür mərtəbəli binadan yıxılaraq ölüb.

“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran fövqəladə hallar idarəsinin sözçüsü Müctəba Xalidi məlumat verib.

Qadın diplomat paytaxtın Kamraniyə rayonunda yerləşən hündür mərtəbəli binanın damından yıxılıb. Onun 51 yaşında olduğu bildirilir.

Qadının meyiti məhkəmə-tibbi ekspertizaya təhvil verilib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, qadın səfirliyin ən yüksək rütbəli ikinci işçisi olub.

Bununla yanaşı diplomatın ABŞ-ın İrandakı diplomatik işini təmsil etdiyi bildirilir.





Oxşar xəbərlər