İstanbulda 7 nəfər saxlanıldı


  • 11:43 / 09 06 2021 |
  • Bölmə: Dünya


İstanbulun 8 rayonunda həyata keçirilən PKK əməliyyatı nəticəsində 7 şübhəli saxlanılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə qruplarının terror təşkilatı PKK/KCK-nın fəaliyyətini deşifrə etmək səyləri çərçivəsində, əsasən Bahçelievler, Beyoğlu və Beykoz rayonları olmaqla 8 rayonda 11 ünvanda 12 şübhəlinin saxlanılması məqsədilə eyni vaxtda əməliyyat həyata keçirilib.

Xüsusi təyinatlı dəstələrin də qatıldığı əməliyyatda HDP Beyoğlu rayon rəhbəri Mehmet Sait Bor da daxil olmaqla 7 şübhəli saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və bir çox təşkilati sənəd aşkarlanaraq götürülüb.




Oxşar xəbərlər