Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - Fotolar - Yenilənib


  • 13:40 / 19 06 2021 |
  • Bölmə: Dünya


Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9-a çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, həlak olanlardan ikisi ekipaj üzvüdür.

***
09:23
Rusiyada "L-410" təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olub.

Təyyarənin mühərriklərindən birində problem yaranıb.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.
***
08:57
Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Nəticədə dörd nəfər ölüb, onlardan ikisi pilotdur.

Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.












Oxşar xəbərlər