Ermənistan NATO-nun təlimində iştirak etməyəcək


  • 16:26 / 21 07 2021 |
  • Bölmə: Dünya


Ermənistan ordusunun hərbçiləri Gürcüstanda NATO-nun iştirakı ilə iyulun 26-dan avqustun 6-dək keçiriləcək Agile Spirit 2021 (Çevik ruh) beynəlxalq hərbi təliminə qatılmayacaq.

"Rupor" xəbər verir ki, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

NATO-nun mətbuat xidmətinin yaydığı xəbərə görə, təlimdə Gürcüstan və ABŞ-dan başqa, NATO üzvü və tərəfdaşı olan 13 ölkədən, o cümlədən Türkiyə və Azərbaycandan hərbçilərinin iştirakının nəzərdə tutulduğunu açıqlayıb.

Bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri Gürcüstanda keçirilmiş NATO təlimində dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika başa çatıb.




Oxşar xəbərlər