Türkiyədə ard-arda iki dəfə zəlzələ oldu


  • 10:32 / 22 07 2021 |
  • Bölmə: Dünya


Egey dənizində ard-arda iki dəfə zəlzələ olub.

"Rupor" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Birinci yeraltı təkan Türkiyə vaxtı ilə saat 03:48-də 4 bal gücündə, ikinci isə 4.2 bal gücündə saat 04:20-də İzmir şəhərinin Karaburun rayonu sahillərinə yaxın bölgədə baş verib.

Zəlzələlər 23,10 kilometr dərinlikdə meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.




Oxşar xəbərlər