"Вечерняя Москва" qəzeti soydaşımızın fəaliyyətindən yazdı


  • 11:07 / 24 07 2021 |
  • Bölmə: Dünya


Rusiyanın "Вечерняя Москва" qəzetində gənc soydaşımızın könüllülük fəaliyyətindən bəhs edən yazı dərc olunub.

Bununla bağlı "Rupor"a Diaspora Komitəsindən məlumat verilib. Bildirilib ki, Rusiyanın "Вечерняя Москва" qəzeti 17 yaşlı azərbaycanlı gənc Nicat Nəsirlinin cəmiyyət üçün gördüyü faydalı işləri işıqlandırıb.

Məqalədə Nicatın fəaliyyəti haqqında yazılıb: "Ailəsi ilə Moskvada yaşayan Nicat Nəsirli 10-cu sinfi bitirib. Məktəbdə əla qiymətlərlə oxuyan Nicatın pandemiya ilə bağlı yaranmış çətin dönəmdə könüllülük fəaliyyətinə qoşulub. O, hazırda "Peyvənd köməkçiləri" hərəkatının bir qrup gənc könüllüsünə rəhbərlik edir. Nicat digər yeniyetmələrlə birlikdə şəhər sakinləri arasında peyvəndlənmənin mühüm olması barədə təbliğat aparıb, onların tibbi məntəqələrə yönləndirilmələrinə yardım göstərib, sosial məsafənin saxlanılması barədə maarifləndirmə işləri aparıb".

Nicat Nəsirli dərslərinə qarşı son dərəcə diqqətlidir. Təsadüfi deyil ki, o ədəbiyyat, hüquq və bədən tərbiyəsi üzrə məktəblilərin Ümumrusiya Olimpiadasının bələdiyyə mərhələsinin qalibi olub. Bununla yanaşı o, təhsildə olduğu kimi idmanda da böyük nailiyyətlər əldə etməyi bacarıb. Stolüstü tennis üzrə Ümumrusiya Olimpiadasının ikiqat qalibi kimi fərqlənib. Kişilər arasında mini-futbol turnirlərinin, şahmat turnirlərinin birincisi olub.

Gənc soydaşımız gələcəkdə proqramçı olmağı, kompyuter texnologiyası və mühəndisliyi sferasında çalışmağı planlaşdırır.
 



Oxşar xəbərlər