Azərbaycan kulinariyası Niderlan krallığının portalında


  • 11:16 / 24 07 2021 |
  • Bölmə: Dünya


Niderland Krallığının https://www.smaack.nl/adlı portalında "Azərbaycanın kulinariya mədəniyyətinin xüsusi ənənələri" sərlövhəli məqalə yerləşdirilib.

Bununla bağlı "Rupor"a Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, məqalədə Bakıda anadan olmuş, amma yeniyetmə dövründən Niderlandda yaşayan soydaşımız Əsmər Bəydəmirova-Aşurbəylinin milli mətbəximizin qədim ənənələri və yemək mədəniyyəti haqqında fikirlərinə geniş yer verilib.

Əsmər xanım milli mətbəx və Azərbaycan adət-ənənələri haqqında məlumatları təsis etdiyi https://chinar.eu/veb saytında da bölüşdüyünü nəzərə çatdırıb. Məqalə müəllifi oxucuları sayta daxil olmaqla Azərbaycan mətbəxinin ənənələri ilə yaxından tanış olmağa çağırıb.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür: 
https://www.smaack.nl/post/the-azerbaijani-food-culture?fbclid=IwAR08p5GSRq8e0089s_Gv7F4Giv92Ss0KTtZTOIUJR5vClvwg9fJ27uenDxA
 



Oxşar xəbərlər