Mərmərədəki yanğını uşaqların törətdiyi iddia edilir


  • 14:16 / 30 07 2021 |
  • Bölmə: Dünya / Hadisə


Türkiyənin Mərmərə bölgəsində başlayan meşə yanğınları hələ də davam edir.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, 10 yaşlarında olan iki uşaq bu yanğını törətməkdə təqsirli bilinirlər.

Məlumata əsasən, yanğının başladığı əraziyə yaxın yerdə yaşayan qonşular hadisənin məhz bu iki uşaq tərəfindən törədildiyini iddia edir.

Bunun ardınca, yerli polis idarəsi hər iki uşağı pedaqoqun iştirakı ilə dindirib. Dindirilmə zamanı uşaqlar yanğına səbəb olduqlarını deyiblər:
“Kitab yandırırdıq. Bir anda alovlar çoxaldı. Coca-Cola şüşəsinə su doldurub alovu söndürmək istədik, amma sönmədi. Biz də qaçdıq”.

Qeyd edək ki, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova meşə yanğını zamanı bir nəfər həlak olub.




Oxşar xəbərlər