Andiçmə mərasiminə 73 ölkədən 115 nümayəndə qatılacaq


  • 10:28 / 03 08 2021 |
  • Bölmə: Dünya


İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.

"Rupor" xəbər verir ki, bunu İran parlamentinin İdarə Heyətinin nümayəndəsi Nizaməddin Müsəvi bildirib.

O qeyd edib ki, artıq 10 ölkənin Prezidenti mərasimdə iştirak edəcəyini açıqlayıb. "Avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri qatılacaq", - deyə N. Musəvi bildirib.
N. Musəvi deyib ki, bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibinin, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər.

Onun sözlərinə görə, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq.

Qeyd edək ki, S. İ. Rəisinin andiçmə mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın iştirak edəcəyi gözlənilir.







Oxşar xəbərlər