İranda güclü zəlzələ oldu


  • 11:25 / 13 09 2021 |
  • Bölmə: Dünya


İranın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib.

“Rupor” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Kuçan şəhərindən 43 km şimal-şərqdə yerləşib. Şəhərin əhalisi təqribən 111 min nəfər təşkil edir.

Xəsarət alan və dağıntılar barədə hələ ki məlumat yoxdur.




Oxşar xəbərlər