Ərdoğanla həmkarı Əfqanıstandakı vəziyyəti müzakirə etdi


  • 18:30 / 14 09 2021 |
  • Bölmə: Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

"Report" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentlər Türkiyə-Almaniya əlaqələri, Əfqanıstandakı vəziyyəti və təxliyə məsələlərini müzakirə ediblər.

R.T.Ərdoğan almaniyalı həmkarına Türkiyə ilə Almaniya arasında imzalanmış əmək müqaviləsinin 60 illiyi ilə bağlı Almaniyadakı türk icmasına və Türkiyə haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib.

Ərdoğan hər iki ölkənin NATO-da müttəfiq olaraq Əfqanıstandan təxliyə prosesində təqdirəlayiq sayılan həmrəylik və koordinasiya nümayiş etdirdiklərini bildirərək Əfqanıstanın yaşadığı bu kritik dövrdə eyni anlayışın qorunmasının lazım olduğunu vurğulayıb.

Türkiyə Prezidenti həmçinin BMT və başqa təşkilatlar tərəfindən Əfqanıstana lazımi humanitar yardımların çatdırılması məsələsinə də toxunub.

Prezident Ərdoğan martın 18-də Avropa İttifaqı ilə imzalanan üzvlüklə bağlı danışıqların bərpası, Gömrük İttifaqına üzvlüyün yenilənməsi və Türkiyə vətəndaşlarının İttifaq ərazisinə sərbəst səyahət etməsi ilə bağlı viza probleminin həlli kimi mövzulara dair müzakirələrin sürətlənməsinin vacibliyini söyləyib.




Oxşar xəbərlər