Kim Çen dünyaya növbəti dəfə meydan oxudu - Yaponiya həyacan içində+Video


  • 11:25 / 17 09 2021 |
  • Bölmə: Dünya / Hadisə


Bu ilin martından başlayaraq raket sınaqları həyata keçirən Şimali Koreya bu həftə iki bu topli sınaq həyata keçirdi. 

"Rupor" haberler.com-a istinadən xəbər verir ki, dünən ölkənin şərq sahillərində daha bir raket sınaqdan çıxarılıb. Şimali Koreya raketin buraxılış görüntülərini paylaşarkən, maraqlı bir üsul tətbiq etdiyi ortaya çıxıb. Görüntülərdə raketin qatardan atıldığının şahidi oluruq. Şimali Koreya 800 kilometr uzaqdakı bir hədəfin dəqiq vurulduğunu açıqlayıb.

Cənubi Koreyanın Baş qərargahından yayılıan məlumatda bildirilir ki, Pxenyanın dünən ölkənin şərq sahillərindən iki yeni raket atıb. Raketlərin Koreya yarımadasının şərq sahilindəki sular üzərində üzdüyü deyilir. 

Yaponiya Sahil Mühafizə Qüvvələri, raketlərin onların ölkəsi ilə Koreya yarımadası arasındakı sular üzərindən uçduğunu və  və yapon sularına düşdüyünü açıqlayıb. 

Rəsmi Tokio "Şimali Koreyanın raketləri Yaponiya və bölgə üçün bir təhdiddir" deyə açıqlama yayıb.  Raketlərin hər iki sınaqda 1500 kilometrdən çox məsafəni qət edərək hədəflərə uğurla çatdığı qeyd edilir. Yaponiya ona qarşı hücum təşkil olunacaqğından narahatdır. 




Ləman 

  



Oxşar xəbərlər