Türkiyə ordusu daha 6 terrorçunu gəbərtdi


  • 11:50 / 17 09 2021 |
  • Bölmə: Dünya


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində terrorçu PKK qruplaşmasının 6 silahlısını zərərsizləşdirib.

"Rupor" "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı terror yuvalarını yerlə bir edirik. Qara bölgəsində icra edilən hava əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 6 silahlısı zərərsizləşdirilib. Terrora qarşı mübarizəmiz daha təsirli və qətiyyətli şəkildə davam edəcək”, - məlumatda vurğulanıb.




Oxşar xəbərlər