Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başladı


  • 12:37 / 17 09 2021 |
  • Bölmə: Dünya


Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 21-ci sammiti 12 üzv ölkənin, eləcə də müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə öz işinə başlayıb.

"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə İranın “Mehrnews” xəbər agentliyi məlumat yayıb.

Tədbirdə Qırğızıstan, Qazaxıstan, Belarus, Pakistan, Türkmənistan və Özbəkistanın prezidentləri, həmçinin müşahidəçi qismində İran Prezidenti iştirak edir. Rusiya, Çin, Hindistan və Monqolustan liderlərinin sammitdə iştirakı isə videokonfrans formatında baş tutub.

ŞƏT-in 21-ci sammitinin iştirakçıları təşkilatın son 20 il ərzindəki fəaliyyətinin əsas nəticələrini, çoxtərəfli əməkdaşlığın statusu və perspektivlərini müzakirə edəcəklər. Təşkilata üzv ölkələrin liderləri regional və beynəlxalq əməkdaşlıq, həmçinin pandemiya ilə mübarizədə birgə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar. Sammitdən sonra ŞƏT-ə üzv ölkələrin liderlərinin İranın təşkilata tam üzv qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq tərəfdaşı statusu verilməsi barədə qərar qəbul etməsi gözlənilir.

Tədbirdə, həmçinin ŞƏT-in yeni Baş katibi və təşkilatın regional anti-terror komitəsinin direktoru da müəyyən ediləcək.








Oxşar xəbərlər