Üzeyir bəyin doğum günü Serbiyada qeyd olundu


  • 22:53 / 18 09 2021 |
  • Bölmə: Dünya


Sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü münasibətilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə tədbir keçirilib.

Rupor AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və səfirliyin əməkdaşlarının iştirak etdiyi tədbirdə dahi bəstəkarın büstü önünə əklil qoyulub.

Mərasimdə çıxış edən K.Xasiyev Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verib, onun mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutduğunu bildirib.
Səfir Şərqdə ilk operettanın yaranmasının məhz Üzeyir bəyin adı ilə bağlı olduğunu, 300-dən çox xalq mahnısını toplayıb notlaşdırdığını vurğulayıb eləcə də marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazdığını, habelə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın dövlət himninin musiqisinin ona məxsus olduğunu diqqətə çatdırıb.




Oxşar xəbərlər