Vətən müharibəsi şəhidləri Rusiyada, İtaliyada, Moldovada, İsraildə anılıb - FOTOLAR


  • 14:55 / 28 09 2021 |
  • Bölmə: Dünya
 
 
 Rusiyada  

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 27 sentyabr Anım Günü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirirlər. 
 
Doasporla İş üzrə Dövlət Komitəsindən “Rupor”a verilən məluamta görə, Samara vilayətində fəaliyyət göstərən Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə şəhərin Xalqlar Dostluğu Evində mərasim keçirilib. 
Tədbir Qarabağ savaşında həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra 44 günlük Vətən müharibəsində baş verən real hadisələri əks etdirən video və fotomateriallar nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər erməni terrorunu kəskin qınayıblar və harada yaşamalarından asılı olmayaraq, soydaşlarımızın Vətən müharibəsi qəhrəmanlarını əbədi xatırlayacaqlarını vurğulayıblar. 
 
İtaliyada
 
İtaliyanın https://fai.informazione.it xəbər portalında Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri Karlo Marinonun 27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir il əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatdı” sərlövhəli məqaləsi yayımlanıb.
Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığı, ötən il 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatdığı qeyd edilib. Məqalədə həmçinin Ermənistanın onilliklər ərzində həyata keçirdiyi hərbi, ekoloji və humanitar cinayətlər barədə məlumat verilib.
“Azərbaycan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə uyğun olaraq bölgədə davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordunun əldə etdiyi qələbə Azərbaycan tarixində yeni bir dövr açıb, beynəlxalq hüququ bərqərar edib və ölkəsinin geosiyasətini dəyişib”, - deyə müəllif vurğulayıb.
Məqaləni ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:
 
https://fai.informazione.it/117876FF-837F-45DD-8F9F-C79F5212CDDC/Un-anno-fa-terminava-la-guerra-tra-Azerbaigian-e-Armenia?__cf_chl_managed_tk__=pmd_m7MBv2LK_NwCOpySefIiOjk.YDu5Z4hBcYBY7BOau1Q-1632751444-0-gqNtZGzNA2WjcnBszSAl 
 
Moldovada

Moldova Azərbaycanlıları Konqresinin üzvləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi yad ediblər.
Azərbaycanın Moldovadakı səfirliyi önündə toplaşan soydaşlarımız şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, anım güşəsinin önünə güllər düzüblər. Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza inanılmaz sevinc və qürur hissi yaşatdığını bildiriblər. Qeyd edilib ki, öz şücaəti ilə dünyanın hərb tarixinə adını yazan əsgər və zabitlərimizin fədakarlığı heç bir zaman unudulmayacaq, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
 
İsraildə 
 
"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.
Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində “Azİz”in fəal üzvü Salman Rabaev kamançada ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib. Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb. 
 
 
 
 
 



Oxşar xəbərlər