Nigerdə naməlum şəxslər məscidə hücum etdi - Ölənlər var


  • 23:51 / 13 10 2021 |
  • Bölmə: Dünya


Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.

"Rupor"
Report-a istinadən xəbər verir ki, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.
Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.




Oxşar xəbərlər