Naməlum şəxs stadionda yeddi atəş açdı


  • 13:46 / 16 10 2021 |
  • Bölmə: Dünya


ABŞ-ın Alabama ştatının Mobil şəhərindəki stadionda ötən gün axşam açılan atəş nəticəsində 4 nəfər xəsarət alıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, hadisə iki lisey futbol komandasının oyunu zamanı baş verib. Naməlum şəxsin açdığı yeddi atəş nəticəsində 2 gənc oğlan və 1 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

Hadisəyə dair araşdırma aparılır.




Oxşar xəbərlər