Saakaşvili əleyhnə mitinq - “Zülmkar!” və “Qatil!”


  • 17:27 / 16 10 2021 |
  • Bölmə: Dünya / Hadisə


Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi oktyabrın 30-da keçiriləcək.

"Rupor" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani brifinqdə deyib.

Onun sözlərinə görə, ikinci tur Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə təşkil olunacaq.

Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 2-də baş tutub.

Bu arada onu da xatırladaq ki, Gürcüstanın Rustavi şəhərində keçmiş Prezident Mixeil Saakaşvilinin əleyhinə kütləvi aksiya başlayıb. 

Sabiq dövlət başçısının saxlanıldığı 12 saylı həbsxananın qarşısında yüzlərlə insan toplaşıb.

Mitinq iştirakçıları M.Saakaşvilini hakimiyyəti dövründə repressiyalara yol verməkdə ittiham edirlər.

Aksiyada “Zülmkar!” və “Qatil!” şüarları səsləndirilir.

Qeyd edək ki, qonşu ölkənin eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 16-cı gündür aclıq aksiyası keçirir. Oktyabrın 14-də Tbilisinin Azadlıq meydanında M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası “Mişaya azadlıq!” şüarlı kütləvi mitinq təşkil edib.

]



Oxşar xəbərlər