Pakistan HHM sistemini işə saldı


  • 18:35 / 16 10 2021 |
  • Bölmə: Dünya


Pakistan Ordusunun Hava Hücumundan Müdafiə (HHQM) qüvvələri Çin istehsalı HQ-9 HHM sisteminin yeni variantını xidmətə təqdim edib.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, bu, Pakistan ordusunun media mərkəzinin (ISPR) yaydığı görüntülərdən məlum olub.

Pakistan ordusunun xidmətində HQ-9/P olaraq adlandırılan HHM sistemləri eyni gün Karaçidə yerləşən Hava Hücumundan Müdafiə Mərkəzində təşkil edilən mərasimlə xidmətə girib.

ISPR-in məlumatına görə, HQ-9/P hava və raketdən müdafiə sistemlərinin bir hissəsi olaraq fəaliyyət göstərə bilər, yəni Pakistanın sərhədləri boyunca hava hücumundan müdafiəni əhəmiyyətli dərəcədə artırmaq üçün istifadə ediləcək.

Neçə HQ-9/P dəstinin xidmətə daxil olduğu və əlavə dəstlərin sifarişdə olub-olmadığı barədə məlumat verilməyib.



Oxşar xəbərlər