Robot itlər silahlandırıldı


  • 19:05 / 16 10 2021 |
  • Bölmə: Dünya


ABŞ-ın “Ghost Robotics” hərbi texnologiya şirkəti tərəfindən itehsal edilən dördayaqlı hərbi robotlara yeni silahlar inteqrasiya olunub.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Drive” nəşri yazıb.

Robot itlərə “Sword International” şirkəti tərəfindən istehsal edilən tam avtomatik silahlar quraşdırılıb. Xüsusi Təyinatlı İnsansız Tüfəng (SPUR) adlanan robot Q-UGV adlı dörd ayaqlı robotlara 6,5 mm-lik “Creedmoor” model tüfəngi quraşdırılaraq yaradılıb.

Robotun təqdimatı oktyabrın 11-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Ordusunun Özəl və Kommersiya Birliyi (AUSA) tərəfindən təşkil edilən tədbirdə həyata keçirilib.

Q-UGV-lər ABŞ Hərbi Hava Qüvvələrinin müəyyən bazalarında məhdud sayda istifadə olunur və bu vasitələrin inkişafı üçün işlər aparılır. Bu kontekstdə dizayn edilmiş insansız müdafiə vasitələrindən biri olan SPUR-a yerləşdirilən silahın ümumi döyüş kamerası və yenidən yükləmə xüsusiyyətlərinin necə işlədiyi barədə hələ heç bir məlumat paylaşılmayıb.

“Ghost Robotics” şirkəti SPUR silahının uzaqdan əmrlə atəş açacağını və silahın təhlükəsizliyinin eyni şəkildə açılıb söndürülə biləcəyini qeyd edib. Şirkət robotun üzərindəki silahın məsafəsinin 1,2 km olduğunu da bildirib.

Səlahiyyətlilər SPUR-un gələcəkdə Süni Zəka (SZ) texnologiyasına əsaslanan avtonomluğa sahib ola biləcəyini və “potensial təhdidləri” aşkarlayaraq hücumlara başlaya biləcəyini qeyd edirlər.



Oxşar xəbərlər