3000 tonluq sualtı gəmi inşa edildi


  • 20:49 / 16 10 2021 |
  • Bölmə: Dünya


Yaponiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Taigei” sinifinə məxsus ikinci sualtı gəmini suya buraxıb.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, “Hakugei” (ağ balina) adlandırılan yeni sualtı gəmi Yaponiya Kobe şəhərindəki “Kawasaki Heavy Industries” gəmiqayırma zavodunda təqdim edilib.

Sualtı gəmi 2023-cü ilin mart ayında təhvil verilməzdən əvvəl dəniz sınaqlardan keçiriləcək.

84 metr uzunluğunda olan gəminin subasımı 3 tondur. Dizel elektrikli sualtı gəmilərdən birincisi olan “Taigei” 2020-ci ilin oktyabr ayında suya buraxılıb və bu ilin iyul ayında dəniz sınaqlarına başlayıb. Gəminin 2022-ci ilin mart ayında istifadəyə verilməsi gözlənilir.



Oxşar xəbərlər