Filippin Türkiyədən hücum helikopterləri alır


  • 21:24 / 16 10 2021 |
  • Bölmə: Dünya


Filippin milli müdafiə naziri Delfin Lorenzana ilə türkiyəli həmkarı Hulusi Akar arasında baş tutan sonuncu telefon danışığı zamanı ölkələr arasındakı müdafiə və hərbi əlaqələrdəki son inkişaflar və irəliləyiş yolları müzakirə edilib.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, müzakirə edilən mövzular arasında Filippin-Türkiyə müdafiə sənayesi əməkdaşlığı ilə bağlı yeniliklər də olub.

Türkiyə KİV-ləri yazır ki, Filippin Türkiyənin FNSS şirkətindən amfibiya tipli zirehli döyüş maşınları və ASFAT-dan hücum helikopterləri almaq istəyir.

Filippinli nazir layihələrin tamamlanmasını səbirsizliklə gözlədiyini və Türkiyənin Filippin ordusunda davam edən modernləşdirmə səylərini dəstəkləməkdə davam edən marağına görə təşəkkürünü bildirib.



Oxşar xəbərlər