ABŞ-da silahlı insident - Polis öldürüldü


  • 21:55 / 16 10 2021 |
  • Bölmə: Dünya / Hadisə


ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.

"Rupor" Unikal.org-a istinadən xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb
.
Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.
Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: “Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.

Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.



Oxşar xəbərlər