İran tankerinə hücum edildi


  • 22:24 / 16 10 2021 |
  • Bölmə: Dünya


İran İslam Respublikasının silahlı qüvvələri Ədən körfəzində İran tankerinə quldurların hücumunu dəf edib.

"Rupor" Unikal.org-a istinadən  xəbər verir ki, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bildirib.

O qeyd edib ki, hücumda beş quldur qayığı iştirak edib: "Açılan atəş nəticəsində bu qayıqlar xeyli məsafəyə qədər uzaqlaşdırılıb."

Əmir Şəhram İrani bildirib ki, tanker təhlükəli ərazini tərk edib.



Oxşar xəbərlər