"Qonşularla əlaqələr İran üçün prioritetdir" - Rəisi


  • 20:47 / 21 10 2021 |
  • Bölmə: Dünya


“Yad ölkələr bölgə xalqının yaxşılığını istəmir. Qonşularla əlaqələr İran üçün prioritetdir və İranla qonşuları arasındakı əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valiləri və millət vəkilləri ilə görüşdə deyib.

“Yaxşı qonşuluq, iqtisadi və ticari əlaqələr, sərhəd bazarlarının aktivliyi İranın siyasətidir. Qonşularımızla ticarət və iqtisadiyyatın inkişafı bölgə ölkələri ilə daha çox əlaqəyə səbəb olar”, - o qeyd edib.



Oxşar xəbərlər