“Rafale” qırıcıları Hindistanda


  • 21:10 / 21 10 2021 |
  • Bölmə: Dünya


Hindistan Hərbi Hava Qüvvələri daha bir Fransa istehsalı “Rafale” qırıcıları təhvil verilib.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcılar 8 min kilometrdən çox məsafə qət edərək Fransanın Bordo-Meriqnak aviabazasından fasiləsiz uçuşla gəlib. Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinin A-330 MRTT yanacaqdoldurma təyyarəsi marşrutun müəyyən bir hissəsində döyüş təyyarələrinə havada yanacaq doldurub.

Son partiyada nə qədər təyyarə gəldiyi göstərilmir. Ümumilikdə sifariş edilən 36 qırıcdan 29-u Hindistana təhvil verilib. Qalanları bu ilin dekabr ayının əvvəlində və gələn ilin yanvar ayının sonunda iki partiyada gələcəklər.



Oxşar xəbərlər