Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - Yenilənib+Video


  • 19:22 / 03 11 2021 |
  • Bölmə: Dünya / Hadisə



Rusiyada “An-12” tipli nəqliyyat təyyarəsi radarlardan itib.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, təyyarə Yakutskdan İrkutska uçuş həyata keçirərkən radarlardan itib.
Fövqəladə Hallar Nazirliyi təyyarənin eniş zamanı itdiyini təsdiqləyib. Məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər var.

Sibir avia-axtarış xilasetmə mərkəzinin verdiyi məlumata görə, təyyarə İrkutskda qəzaya düşüb. 

İlkin məlumatlara görə, təyyarə Pivovarixa kəndində aerodromun yaxınlığında qəzaya düşüb. FHN-in məlumatına görə isə, təyyarə qəzaya uğrayarkən yanıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici bölmələri göndərilib.
***
“RİA Novosti”nin məlumatına görə, qəza zamanı 2 nəfər həlak olub. 5 nəfərin isə taleyi hələ məlum deyil. Təyyarənin məhsul daşıdığı bildirilir. 

“TASS”ın məlumatına görə, qəza nəticəsində həlak olanların 5-nin cəsədi aşkar olunub. Bildirilir ki, təyyarənin göyərtəsində olan hər kəs həlak olub. Digərlərinin cəsədlərinin axtarışı davam etdirilir.

FHN-in məlumatına görə, təyyarənin göyərtəsində 8 deyil, 7 nəfər olub. Göyərtədə yalnızca ekipaj üzvlərinin olduğu qeyd olunur.

Təyyarənin qəzaya düşdüyü yerdə 6 nəfərin cəsədi, 7-ci nəfərin isə qalıqları tapılıb. Bu barədə Fövqəladə Hallar Xidmətinin nümayəndəsi "RİA Novosti"yə açıqlamasında bildirib. 




Oxşar xəbərlər