Balistik raket sınaqdan keçirildi


  • 19:00 / 26 11 2021 |
  • Bölmə: Dünya


Pakistan cümə axşamı günü “Şahin-1A” ballistik raketinin uğurlu uçuş sınağını həyata keçirib.

"Rupor" Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Pakitanın Xidmətlərarası İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Sınaq uçuşu silah sisteminin müəyyən konstruktiv və texniki parametrlərini yenidən yoxlamaq məqsədi daşıyır.

Pakistan 1995-ci ildə ballistik raketin inkişaf proqramına başlayıb və 15 aprel 1999-cu ildə “Şahin-1”in sınaqları keçirilib. Daha sonra “Şahin-1” 2003-cü ildə Pakistan ordusuna təhvil verilib.

Orta mənzilli “Şahin-1A” daha yaxşı dəqiqliyə malikdir və sələfindən ikiqat diapazonu ilə fərqlənir. Raketin çəkisi təqribən 10.000 kq, sələfindən bir qədər ağırdır və 1000 kq döyüş başlığı daşıya bilir. 900 km mənzilə malik “Şahin-1 A” (Hatf IV) 17 noyabr 2014-cü ildə sınaqdan keçirilib.



Oxşar xəbərlər