Pakistanda Azərbaycanın qalibiyyət sərgisi


  • 20:52 / 26 11 2021 |
  • Bölmə: Dünya


Azərbaycan Respublikasının Pakistandakı səfirliyi və Pakistan – Azərbaycan Tələbə Assosiyasiyasının birgə təşkilatçılığı ilə COMSATS universitetində Azərbaycanın Vətən müharibəsinə həsr olunan “Azərbaycan – Tarix və Qələbə” adlı sərgi keçirilib.
 
"Rupor"
Modern.az-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan – Azərbaycan Tələbə Assosiyasiyasının üzvləri, universitet rəhbərliyi və tələbələri, eləcə də ictimaiyyət və kütləvi informasiya nümayəndələri iştirak ediblər.
 
Sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının vəziyyətini, eləcə Vətən müharibəsi zamanı yaşananları əks etdirən foto-şəkillər yer alıb.
 
Sərginin açılışından sonra çıxış edən səfir Xəzər Fərhadov, erməni vəhşiliyinə məruz qalmış Azərbaycan əraziləri, 44 günlük Vətən müharibəsi, həmçinin Azərbaycan və Pakistan arasındakı yüksək münasibətlər barədə geniş məlumatları sərgi iştirakçılarının diqqətinə çatdırıb.
 

Sərgidə COMSATS universitetinin rəsmiləri Dr. Sajjad Əhməd Mədni və Vajeha Ənvər də çıxış edərək Azərbaycan – Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açıb, Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik ediblər.
 
Sərgi zamanı Vətən müharibəsinə həsr olunan videoçarx da nümayiş etdirilib.



Oxşar xəbərlər