Avropa İttifaqından Belarusa sanksiya


  • 23:31 / 02 12 2021 |
  • Bölmə: Dünya


Avropa İttifaqı (Aİ) Belarusa qarşı beşinci sanksiya paketi hazırlayıb.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bu dəfə məhdudiyyətlər tətbiq olunanlar siyahısına 17 fiziki şəxs, 11 təşkilat daxil edilib. Hazırda Aİ-nin anti-Belarus sanksiyalarında iştirak edən şəxslərin ümumi sayı 183 nəfərə və 26 təşkilata çatıb.

Sanksiyalar fiziki şəxslərin Aİ-yə girişinə qadağa, habelə fiziki şəxslərin və təşkilatların hesablarının dondurulmasını nəzərdə tutur. Bundan əlavə, avropalı şəxslərə və şirkətlərə bu siyahılarda olanlara vəsait köçürmək qadağandır.

“Belarusda vəziyyət yaxşılaşmasa, biz gələcəkdə o cümlədən təsərrüfat subyektlərinə qarşı da tədbirlər görməyə hazırıq”, - Aİ-nin sənədində deyilir.






Oxşar xəbərlər