Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı


  • 21:23 / 03 12 2021 |
  • Bölmə: Dünya / Hadisə


Kobuletidə Bolnisi rayonunun Curtavi (Kolayır) kənd sakini Yaşa İsmayılovu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, saxlanılan cinayətkar əvvəllər də məhkum olunmuş 1999-cu il təvəllüdlü şəxsdir.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı 1990-cı il təvəllüdlü Yaşa İsmayılovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Məlumata əsasən, yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.
Qətli törədən şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.




Oxşar xəbərlər