Ərəb Əmirlikləri Fransadan qırıcı və helikopter alır


  • 21:46 / 03 12 2021 |
  • Bölmə: Dünya


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd “Rafale” qırıcısı və 12 ədəd “Caracal” helikopterləri alacaq.

"Rupor" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli məlumat yayıb.

Bildirilib ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri şərəfinə imzalanıb. Sənədin imzalanması mərasimində Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaid əl-Nahyan da iştirak edib.

Məlumata görə, E.Makron dekabrın 3-4-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.






Oxşar xəbərlər