Baydendən xəstəlik etirafı


  • 22:30 / 03 12 2021 |
  • Bölmə: Dünya


ABŞ Prezidenti Co Bayden xəstələndiyini etiraf edib.

Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, Bayden xəstəliyin ona yaş yarımlıq nəvəsindən keçdiyini bildirib.

"Yaxşıyam, hər gün COVID-19 testi verirəm. Mənim yaş yarımlıq nəvəm var və o, babasını öpməyi sevir. Bir sözlə, sadəcə soyuqdəymədir", - Bayden jurnalistlərin səhhəti ilə bağlı suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, cümə günü ABŞ Prezidenti işsizliklə bağlı bəyanat verərkən səsindən xəstə olduğu hiss edilib və bir neçə dəfə öskürüb.



Oxşar xəbərlər