Jurnalist Lavrovu ingiliscə danışmağa məcbur etdi  - Video


  • 23:04 / 03 12 2021 |
  • Bölmə: Dünya / Hadisə


Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Gürcüstanın “Rustavi-2” telekanalının jurnalisti Tamara Nutsubidze arasında maraqlı dialoq yaşanıb.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə Stokholmda keçirilən mətbuat konfransında baş verib.

Tamara Nutsubidze Rusiya xarici işlər nazirinə ingilis dilində sual verib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistdən rus dilində sual verməsini xahiş edib. Gürcü jurnalist isə bununla razılaşmayıb.

“Rustavi-2” telekanalının əməkdaşı ingilis dilinin problem olub-olmadığını soruşub. S.Lavrov da gülümsəyərək, ondan rus dilinin onun üçün problem olub-olmadığını soruşub.

"Bu sizin üçün problemdir?" - Serey Lavrov soruşub. Gürcü jurnalist yenə də rus dilində danışmaqdan imtina edərək sualı ingilis dilində verib.

Nəticədə, gürcü jurnalistin ingilis dilində verdiyi suala S.Lavrov rusca cavab verib.








Oxşar xəbərlər