Putinlə Bayden görüşdən əvvəl çəkişdilər - "Qırmızı xətt" davası


  • 10:57 / 04 12 2021 |
  • Bölmə: Dünya


Rusiya Prezidenti  Vladimir Putinin “Rossiya zovyot” forumunda Ukrayna ilə bağlı dediyi “qırmızı xətlər” ifadəsinə ABŞ Prezidenti Co Bayden cavab verib. 

"Rupor"un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı hər hansı "qırmızı xətt" anlayışını tanımır: “Mən heç kimin “qırmızı xətləri”ni qəbul etməyəcəyəm”

Xatırladaq ki, Putin Rusiyaya qonşu olan ölkənin ərazisində silahlı birləşmələrin yerləşdirilməsini dövlət təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Prezidentin fikrini belə dəyərləndirib: "Ukraynanın NATO-ya daxil olması da “qırmızı xətt” olacaq.

Bu fikirlə razılaşmayan Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında vurğulayıb. “Rusiyanın hərəkətlərindən çoxdan məlumatlıyıq. Söhbətimizin uzun olacağını gözləyirəm”.


Moskva və Vaşinqton Putin və Baydenin videoformat şəklində danışıqları məsələsini müzakirə edirlər. Görüşün dekabrın 7-də keçiriləcəyi gözlənilir.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüşdə strateji sabitlik, Əfqanıstan, İran, Liviya və Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Eldar



Oxşar xəbərlər