Malidə matəm elan edildi


  • 10:20 / 05 12 2021 |
  • Bölmə: Dünya


Malinin keçid dövrü prezidenti, polkovnik Assimi Qoita 30 dinc sakinin ölümü ilə nəticələnən terror aktı qurbanları üçün üç günlük ümummilli matəm elan edib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, müvafiq sərəncam prezident administrasiyasının saytında dərc edilib.

Mali hökumətinin məlumatına görə, dekabrın 3-də silahlılar Bandiaqara bölgəsində bazara insanları aparan yük maşınına hücum edib və 31 nəfəri öldürüb. Daha 17 nəfər yaralanıb.

Hücum edən silahlıların tapılaraq zərərsizləşdirilməsi üçün əlavə ordu qüvvələri göndərilib.

Terror aktı cənubda Burkina Faso və qərbdə Mavritaniya ilə həmsərhəd olan Mopti bölgəsində baş verib. Moptidə “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının dəstələri fəaliyyət göstərir. O, 2017-ci ilin yazında yaradılıb və "Əl-Qaidə" ilə sıx əlaqələrə malikdir.






Oxşar xəbərlər