Hindistanda bağışlanmayan səhv - Ölənlər var


  • 14:06 / 05 12 2021 |
  • Bölmə: Dünya


Hindistanın şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndlilərin üsyançılarla səhv salınması nəticəsində azı 13 mülki şəxs və ölkənin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.

"Rupor" xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.






Oxşar xəbərlər