Moskva aeroportlarında onlarla reys təxirə salındı


  • 22:10 / 07 12 2021 |
  • Bölmə: Dünya


Moskvanın üç hava limanında 50-dən çox reys təxirə salınıb.

“Rupor” Rusiya mətbuatına istinadən xəbər verir ki, hava şəraitinə görə "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv olunub.

Qeyd edək ki, bir müddət əvvəl sinoptiklər Moskvada güclü qar yağacağını proqnozlaşdırıb. Rekord miqdarda yağıntı barədə xəbərdarlıq edilib.






Oxşar xəbərlər