BƏƏ ilə Türkiyə arasında danışıqların nəticəsi bəlli deyil


  • 22:04 / 07 12 2021 |
  • Bölmə: Dünya


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələ heyəti Türkiyənin müdafiə sənayesi ilə mümkün əməkdaşlığı müzakirə etmək üçün Ankaradaya səfər edib.

"Rupor" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan türk rəsmiyə istinadən məlumat yayıb.

Müzakirələr BƏƏ-nin de-fakto lideri Məhəmməd bin Zayed Əl Nəhyanın Türkiyə paytaxtına səfərindən sonra baş tutur.

BƏƏ nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşüb, daha sonra ölkənin müdafiə şirkətləri, o cümlədən ASELSAN, eləcə də Türkiyənin pilotsuz uçuş aparatları istehsalçıları ilə danışıqlar aparıb. Danışıqların nəticəsi bəlli deyil.






Oxşar xəbərlər