Ukrayna ABŞ-dan əlavə silah istəyir


  • 22:17 / 07 12 2021 |
  • Bölmə: Dünya


Ukraynanın müdafiə naziri Aleksey Reznikov noyabrda Vaşinqtona səfəri zamanı Amerika hakimiyyətindən Kiyevə silah tədarükünü artırmağı xahiş edib.

 "Rupor" Modern.az-a istinadən xəbər verir ki, Ukrayna tərəfi xüsusilə Əfqanıstan üçün nəzərdə tutulan Amerika silahlarının bir hissəsini almaq istəyir.

Qəzetin yazdığına görə, Ukrayna Vaşinqtonun hələ Kiyevə göndərmədiyi silah sistemlərinin tədarükünün tezləşdirilməsini xahiş edib. Xüsusilə, Reznikov Amerika tərəfdən hava və dəniz müdafiəsi, eləcə də radioelektron mübarizə vasitələri sahəsində yardım istəyib.

Nəşrin mənbəsi bildirib ki, Ukrayna hakimiyyəti “Taliban” hakimiyyəti ələ keçirməzdən əvvəl Əfqanıstan üçün nəzərdə tutulan Amerika silahlarının bir hissəsini onlara verməyi xahiş edib. Söhbət xüsusilə ABŞ-a məxsus Mi-17 helikopterləri və döyüş sursatlarından gedir.

 ABŞ Ukraynanın hərbi dəstəyi artırmaq təklifini nəzərdən keçirir. Xüsusilə, Dövlət Departamenti və Pentaqon Ukraynaya “daha çox tank əleyhinə silahlar”, o cümlədən “Javelin” tank əleyhinə raket kompleksi vermək üçün Konqreslə danışıqlar aparır. 






Oxşar xəbərlər