Terrorçu sağ ələ keçirildi - Geniş miqyaslı əməliyyat


  • 23:46 / 31 12 2021 |
  • Bölmə: Dünya


Türkiyə Daxili İşlər Nazirliyi terrorçulara qarşı növbəti əməliyyatlarla bağlı məlumat yayıb. 

"Rupor" bu məlumata istinadən xəbər verir ki, Tunceli vilayətində "Eren Kış" antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 RKK terrorçusu zərərsizləşdirilib.

Terrorçulardan biri sağ ələ keçirilib, səkkizi məhv edilib.

Zərərsizləşdirilən 5 silahlı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində olan xüsusi təhlükəli terrorçular siyahısında olub.

Silahlıların 143 sığınacağı məhv edilib, 21 mağaranın girişləri dağıdılıb. çoxlu sayda silah və sursat ələ keçirilib.

Tunceli vilayətinin Mercan bölgəsində PKK terror təşkilatı silahlılarına qarşı əməliyyatda 1 062-yə qədər xüsusi təyinatlı iştirak edir.



Oxşar xəbərlər